Rayonlar / Ordubad rayonu / Potıkingədik
💧 Təbiət
Potıkingədik
Potıkingədik — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Girdəni çayı ilə Düylünçayın suayrıcında, Rumus kəndindən 1,5 km cənub-qərbdədir. Hündürlüyü 2478 m-dir. Günbəzvarı formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində zirvə. Düylünçayın sol sahilində, Urmis kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
Mətn mənbəyi: Vikipediya (CC BY-SA)
Şəkillər
Bu yerin şəkli hələ yoxdur.
Rəylər
Hələ rəy yoxdur.
Yaxınlıqdakı yerlər