Rayonlar / Ordubad rayonu / Artım
💧 Təbiət
Artım
Artım dağı — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir.
Mətn mənbəyi: Vikipediya (CC BY-SA)
Şəkillər
Bu yerin şəkli hələ yoxdur.
Rəylər
Hələ rəy yoxdur.
Yaxınlıqdakı yerlər