Rayonlar / Ordubad rayonu / Sarıqaya
Sarıqaya — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir.
Mətn mənbəyi: Vikipediya (CC BY-SA)
Şəkillər
Bu yerin şəkli hələ yoxdur.
Rəylər
Hələ rəy yoxdur.
Yaxınlıqdakı yerlər
