Rayonlar / Ordubad rayonu / Kotam
💧 Təbiət
Kotam
Kotam dağı – Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən cənub-qərbə ayrılan eyniadlı qolunda zirvə. Gənzə kəndindən 4 km-ədək cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı piramidavari qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir.
Mətn mənbəyi: Vikipediya (CC BY-SA)
Şəkillər
Bu yerin şəkli hələ yoxdur.
Rəylər
Hələ rəy yoxdur.
Yaxınlıqdakı yerlər