Rayonlar / Şahbuz rayonu / Camal
💧 Təbiət
Camal
Camal dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Keçili kənd ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısında, Şahbuzçayın sol qolu İmaməliçayın mənbəyində zirvə. Submeridional istiqamətdə uzanmış alt pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamacında alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran daha bir subvulkanik kütlə açılır.
Mətn mənbəyi: Vikipediya (CC BY-SA)
Şəkillər
Bu yerin şəkli hələ yoxdur.
Rəylər
Hələ rəy yoxdur.